We use cookies to personalize your experience and analyze traffic. You can opt out at any time.
A homegrown hip hop artist.
Orkhan Zeynalli 5 iyun 1989-cu ildə Bakı şəhərində anadan olub. Musiqi fəaliyyətinə AiD ləqəbi ilə 2007-ci ildə başlayıb. Dostları ilə yaratdıqları “H.O.S.T” qrupunun tərkibində 5 il ərzində 100-lərlə mahnının, 50-dən çox konsert və çıxışların həyata keçməsində fəal şəkildə iştirak edib. Qrup üzvləri 2012-ci ildən etibarən solo fəaliyyətə başlayıb. Orxanın ilk solo albomu "Biz İnsan Deyilik" adlanıb və 2010-cu ildə ilk dəfə olaraq görüşlər vasitəsi ilə satılıb. 2012-ci ilə rəsmən solo fəaliyyətə başladıqdan sonra, ilk olaraq "Mavi Qızılgüllər" klipi təqdim olunur. 16 Dekabr 2012-ci ildə "5 Günlük Dünya" adlı solo konsert keçirilir və elə oradaca "Yaş Gəlir" albomu satışa çıxır. Bu albomdan bir çox trek (“Ürəyimin Səsi”, “Mənim Şəhərim”, “Verdiyim Sözlər”, “5 Günlük Dünya” və s.) bu günə qədər konsertlərdə böyük maraqla qarşılanır və dinləyicilər tərəfindən bəyənilir. 2016-cı il böyük səs-küy və maraqla qarşılanan "Şərbət" klipi ilə başlayır və ən böyük solo konsertin, həmçinin sayca 3-cü, "Qravitasiya" adlı albomun anonsu verilir. 2019-cu ildə Röya Miri ilə ifa etdiyi “40-cı Paralel” treki dillər əzbəri olur və duetlərin davamı gəlir. 2022-ci ildə 6 il aradan sonra Bakıda keçirilən konserti ilə bağlı elan verən sənətçi 24 saatdan az bir vaxtda 3100 bilet satılması ilə yeni Azərbaycan rekorduna imza atıb. Orkhan Zeynalli 2024-cü ildə “Buz Uşağı” adlı studiya albomu və eyniadlı konsert proqramı hazırlamışdır.
Orkhan Zeynalli plays contemporary Azerbaijani hip-hop and rap, blending melodic beats with deeply introspective lyricism.
Orkhan Zeynalli is from Baku, Azerbaijan, where he rose to prominence as a leading figure in the local hip-hop community.
Follow Orkhan Zeynalli on Mood to stay updated on all his upcoming concert dates and tour schedules.